• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 04.09.2017 15:54

“Göyəzən” I divizionda oynamağa ümidlidir

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edən klublar kimi I divizion təmsilçiləri də lisenziyalaşdırmadan keçməlidir. Komandalar müvafiq lisenziya meyarlarına cavab verəcəkləri təqdirdə aşağı liqada mübarizəyə qatıla bilərlər. Lisenziyaya almaq üçün Peşəkar Futbol Liqasına müraciət edən klublar arasında “Göyəzən” də var. İllərdir ki, I divizionun daimi sakinlərindən olan Qazax təmsilçisi yenidən aşağı dəstədə yarışmağı hədəfləyib. Bunun üçün qazaxlılar əsas tələblərdən olan bank təminatını da yerinə yetiriblər. Müsbət sonluq PFL-in sentyabrın 6-da verəcəyi qərara bağlıdır. 

Mehdi Salmanov, “Göyəzən”in vitse-prezidenti: “Komandalara baxılıb hansı komandanın çempionata buraxılıb-buraxılmayacağına qərar veriləcək. Bəzi sənədləri vermişik, hələ bilmirik nə olacaq. Bəri başdan nəsə söyləməyə çətinlik çəkirik. Bank təminatını da vermişik. Hər şey maliyyə ilə bağlıdır. Birinci divizionda oynamayandan sonra Qazaxda futbol batdı. Hələ ki, əlimizdən nə gəlir etmişik. Çalışırıq ki, komanda oynasın. Dava edəsi deyilik”.

 

Azad Rəfi