• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1169
— 04.09.2017 11:39

Gəncədə sürücü döyülüb

KepezTV Player

Samuxda qaçırılarkən qəzaya düşən qızın vəziyyəti ağır stabildir, hadisə zamanı xəsarət alan digər şəxslərin durumu isə orta-ağırdır. Gəncədə baş verən qəzada isə avtomobili zərər görən sürücü üstəlik özü də döyülüb.

Samuxda avtomobil körpüdən aşaraq çaya düşüb. Hadisə rayonun Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” idarəetmənin itirilməsi nəticəsində Gəncə çayına aşıb. Qəza zamanı avtomobildə olan Samux rayon sakini 32 yaşlı Eldəniz Musayev və qaçırılan 20 yaşlı Türkan İsgəndərova ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralı tibbi yardımdan sonra yaxınlarının istəyi ilə özəl xəstəxanalardan birinə aparılıb. Qəza zamanı avtomobildə olan Şəmkir rayon Çinarlı kənd sakini 29 yaşlı Müşfiq Nağıyev və Könüllü kənd sakini, 36 yaşlı Zaur Mehdiyev Təcili Tibbi Yardım Xəstəxanasında qaçırılan qızın qohumları ilə münaqişə təhlükəsi nəzərə alınaraq Abbas Səhhət adına şəhər Xəstəxanasına yerləşdiriliblər. Gəncədə baş verən qəzada isə bir nəfər döyülüb. Gədəbəy rayon İnəkboğan kənd sakini, 29 yaşlı Elzamin Abbasov müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, zərərçəkən Gəncədə avtomobili ilə hərəkətdə olarkən başqa bir nəqliyyat vasitəsi arxadan onun maşınına çırpılıb. Qəzadan sonra digər avtomobilin sürücüsü Elzamini döyüb.

 

Rühəngiz Hacızadə