• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 03.09.2017 22:15

Samuxda avtomobil körpüdən aşaraq çaya düşüb

Hadisə rayonun Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106” markalı avtomobil idarəetməni itirərək körpüdən Gəncə çayına düşüb. Qəza zamanı avtomobildə olan Samux rayon sakini Eldəniz Musayev və sərnişin Türkan İsgəndərova ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Hər iki zərərçəkmişin vəziyyətini həkimlər orta ağır qiymətləndirir.  Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xaliq Qurbanlı