• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 01.09.2017 15:28

Ülviyyə Fətəliyeva Almaniya ilə oyunlarında yüksək nəticə əldə edib

KepezTV Player

Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığmasının Almaniya komandası ilə keçirilən yoldaşlıq görüşlərində millimizin heyətində gəncəli Ülviyyə Fətəliyeva da yer alıb. Gəncə Şahmat Məktəbinin yetirməsi bundestim ilə Bakıda reallaşan 5 görüşün hamısında çıxış edib. Keçirdiyi oyunlardan yalnız birində heç-heçə edib digər birində  uduzan Fətəliyeva 3 görüşdə qələbə qazanıb. Onun məğlub etdiyi qonaq şahmatçılar arasında Almaniya komandasının lideri Elizabet Pets də olub. Ülviyyə üçüncü yoxlama oyununda reytinq əmsalı özündən yüksək olan rəqibinə qalib gəlib.    

Azad Rəfi