Gədəbəy rayonunda bıçaqlanma faktı qeydə alınıb. Rayonun Əyləvəng kənd sakini 39 yaşlı Elçin Yusifov bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun kürək nahiyyəsindən daxilə keçməyən yarası aşkarlanıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Elçin Yusifov rayonda keçirilən toy şənliyində dava-dalaş zəmnində bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 527