• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 30.08.2017 19:11

Gənc oğlan canından oldu

KepezTV Player

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini, 51 yaşlı Oruc Ələkbərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən piyada, Ucar rayonun Bərgüşad kənd sakini, 27 yaşlı Ceyhun Mehbudovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı