• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 30.08.2017 18:58

Qanunsuz saxlanılan 15 ədəd silah götürülüb

KepezTV Player

Hacıqabulda vətəndaşlardan əllərdə qanunsuz saxlanılan və sənədləri olmayan 15 ədəd ov silahı götürülüb. Həmçinin 60 ədəd patron, siqnal tapançası və patron qatarları da aşkarlanıb. Silahları könüllü təhvil verməyən şəxslərə qarşı inzibati qaydada cərimə sanksiyaları tətbiq edilib.Hacıqabul rayon polis şöbəsi vətəndaşlara müraciət edir: Qanunsuz saxlanılan ov və digər silahlar könüllü şəkildə polisə təhvil verilməlidir. Bu zaman həmin şəxslər məsuliyyətdən azad edilirlər. Əks təqdirdə onlara qarşı inzibati qaydada cərimə sanksiyaları və digər hallarda hətta cinayət işi də açıla bilər. Profilaktik əməliyyat və axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı