KepezTV Player
Hacıqabul sakinindən satış üçün nəzərdə tutulan narkotik maddə götürülüb. Hacıqabul polisi rayonun Məmməd Əmin Rəsulzadə küçəsi 101 ünvanında yaşayan, 31 yaşlı Əlvi Talıbovun yaşadığı evə baxış keçirib. Baxış zamanı oradan 10,914 qram narkotik vasitə olan tiryək aşkarlanıb. Satış üçün nəzərdə tutulan narkotik vasitə kibrit qutusundakı 8 ədəd sellofan bükümdə tapılıb. Talıbov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 684