Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərlə daha iki nəfər saxlanılıb. Bunlar Cəlilabad və Bərdə sakinləridir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Oruc adlı İran vətəndaşından aldığını bildirib
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayonun Kürdborakı kənd sakini Taleh Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Onun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, həmçinin yaşadığı evdən əlavə olaraq 13 kiloqram 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 529