• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 30.08.2017 18:58

Meşə zolağında yanğın söndürüldü

KepezTV Player

Avqustun 28-də Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar saat 17:00-da söndürülüb. Yanğınlar nəticəsində 3 ha ərazidə quru ağaclar və kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Qeyd edək ki, yanğınsöndürmə işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, Aviasiya dəstəsinin yanğınsöndürmə helikopteri, Mülkü müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.

 

Zülfiyyə Telmanqızı