Şamaxıda ötən gecə həyəcanlı anlar yaşanıb. Şəhərin mərkəzində qumbara partladılıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur, amma güclü partlayış səsindən sakinlər təşvişə düşüblər.
Hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs ev sahibi, 57 yaşlı Raqif Fərəcov küçəyə çağırıb. Darvazanın döyüldüyünü eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.
Hadisə zamanı darvaza əzilsə də, xəsarət alan olmayıb. Partlayıcı qurğunun səs qumbarası olduğu, ona görə də ətrafdakı evlərə, obyektlərə ciddi ziyan vurmadığı, lakin partlayış zamanı güclü səs yarandığından sakinlərin təşvişə düşdüyü bildirilir. Əl qumbarasını partladan şəxsin kimliyi və hadisənin motivi hələlik məlum deyil. Hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam edir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 526