• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 30.08.2017 14:41

UEFA BOS-u təftiş edəcək

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq. Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək. Onlar arenanın qrup matçlarını qəbul edib-etməməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Məhz bundan sonra UEFA “Qarabağ”ın müraciəti ilə bağlı qərar verəcək.

Azad Rəfi