• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 30.08.2017 15:13

Ramal Amanov Bakıda döyüşəcək

KepezTV Player

Gəncəli peşəkar boksçu Ramal Amanovun növbəti döyüşünün vaxtı və rəqibinin kimliyi məlumdu. Həmyerlimiz oktyabrın 3-də ABŞ-dan olan döyüşçü Zab Djuda ilə üz-üzə gələcək. Tərəflər arasında qarşılaşma Bakıda keçiriləcək. Amanov – Djuda döyüşü peşəkar boks gecəsinin əsas görüşü olacaq. Boksçumuzun rəqibi təcrübəli dəri əlcək ustalarından hesab olunur. Belə ki, 39 amerikalı idmançı 3 çəki dərəcəsi üzrə sabiq dünya çempionudur. O, 30-u nokautla olmaqla 43 qələbə qazanıb. 33 yaşlı Ramal isə rinqdə 11 döyüş keçirib və məğlubiyyətsiz irəliləyir. Gəncə boks məktəbinin yetirməsi WBA versiyaları üzrə Fedelatin və İnterneyşnl çempion kəmərlərinin sahibidir. Amanov 2013-cü ildən peşəkarlar arasında vuruşur.

Azad Rəfi