• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 30.08.2017 16:40

Gəncədə reyd: sürücülük hüququ olmayanlar da avtobus sürür

KepezTV Player

Gəncədə sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücüləri ciddi nəzarət altındadır. Şəhərdə bu sahədə xidmət səviyyəsini yoxlamaq üçün növbəti reyd keçirilib. Müxtəlif qayda pozuntuları aşkarlanıb. Onların arasında ən dəhşətlisi isə hətta sürücülük hüququ olmayanların belə avtobus sürməsidir.

İctimai nəqliyyatda əhaliyə göstərilən xidmət səviyyəsini yoxlamaq, sərnişindaşımada qanunu pozan sürücüləri aşkar edib, onlara qarşı tədbirlər görmək - reydin əsas məqsədi bu idi. Təəsüf ki, nəzarət qurumları bu sahədə kifayət qədər çatışmazlıq aşkarladılar.

Reyd zamanı Gəncə şəhərinin mərkəzinə ətraf kəndlərdən sərnişin daşıyan mikroavtobusa da rast gəlindi. Halbuki şəhərətrafı marşrut avtobuslarının şəhərin mərkəzinə daxil olması qadağan edilib. Qaydanı pozan bu sürücüyə qarşı cərimə tətbiq olundu.

Günün ikinci yarısına kimi davam edən reyd zamanı 20 sərnişin daşıyan ictimai nəqliyyat vastəsi yoxlanıldı. Qaydaları pozan 8 sürücü aşkarlandı. Bu sürücülərdən 4-ü vahid geyim formasına riayət etmədiyi, 2-si sürücülük vəsiqəsinin müvafiq kateqoriyası, 2-i isə ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı üçün marşrut xəttindən uzaqlaşdılaraq cəzalandırıldı.

Elmar Əhmədov - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin sektor müdiri: “İctimai nəqliyyat sürücülərinə demək istəyirəm ki, təyin olunan dayanacaqlarda avtomobillərinin saxlayıb, oradan hərəkət etsinlər. Təyin olunmuş yerlərdə maşınlarını saxlamayan sürücülər bizim idarənin əməkdaşları tərəfindən cəzalanaq”.

Gəncə şəhərində gün ərzində 33 xətt üzrə 270 ictimai nəqliyyat vastəsi sərnişin daşıyır. Bu avtomobillərdən də 200-ü avtobus, 70-i isə mikroavtobuslardı. Son 6 ay ərzində 800 avtobus və mikroavtobus sürücüsünə cərimələr tətbiq olunub. Əsas hədəfdə olanlar sürücülük vəsiqəsi olmayan, vahid geyim forması qaydasına əməl etməyən, sükan arxasında siqaret çəkən, telefonla danışan, avtobusu dayanacaqdan kənarda saxlayan sürücülərdir.

 

Elnur Vahidoğlu