Bu il Göygöl rayonu orta məktəbi bitirən məzunlardan 378 nəfəri ali təhsil ocaqlarına sənəd verib. Onlardan 200 nəfərə yaxını tələbə adını qazanıb. Qəbul olunanlardan 17-si 600-dən, 50 nəfəri isə 500-dən yüksək bal toplayıb. Hər il olduğu kimi bu ildə rayon rəhbərliyi ilə ali məktəbə qəbul olunan məzunların ənənəvi görüşü keçirilib.
Səma Bayramova - tələbə: “Bütün sınaqlarda demək olar ki 680-695 bal toplamışdım. 700 bal gözləyirdim ancaq 685 oldu. İki səhvim var idi. Bu gündə səhvlərimə baxanda peşmançılıq var”.
Səma Bayramova iki səhvi olduğu üçün özünü qınasa da sevdiyi ixtisasa sahib ola biləcəyi onu sevindirir. Topalhəsənli kənd tam orta məktəbinin məzunu bu il Göygöl rayonu üzrə ən yüksək balla ali məktəbə qəbul olunan şəxsdir. Onunla yanaşı rayonda daha 16 nəfər 600 dən yuxarı bal toplayıb.
Xavər Hüseynova tələbə: “Qəbul imtahanında 632 bal toplayaraq Gəncə Dövlət Universtetinə daxil olmuşam. Mənim müəllimim hər zaman deyirdi müəllim olmaq bütün peşələrə sahib olmaq deməkdir. Çünki sənin yetişdirdiyin şagirdləri o peşədə görərkən sən özünü o peşədə olmuş hiss edirsən”.
Göygöl rayon icra hakimiyyətində ənənəvi olaraq keçirilən görüşdə məzunların qazandıqları uğurlardan və əldə olunan nailiyytlərdən geniş danışılıb. Gənclərə gələcək həyatlarında uğurlar arzulanıb. Sonda ali məktəbə qəbul olunanlara qiymətli xatirə hədiyyələri təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 1773