• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 30.08.2017 14:37

ARB Ulduz və Kəpəz FM-lə Azərbaycan şou-biznesində yeni mərhələ başlayır

KepezTV Player

Gəncədə fəaliyyət göstərən, Azərbaycanın Qərb bölgəsinə və Azersat 1 peyki vasitəsilə yayımlanan Azərbaycanın bir nömrəli musiqi kanalı “ARB Ulduz” və ölkənin ilk regional radiosu Kəpəz FM bütün dünyada auditoriyasını genişləndirməkdə davam edir. ARB ULDUZ və Kəpəz FM Azərbaycan müasir musiqi sənayesinin inkişafı məqsədilə Sentyabr 1-dən etibarən yeni birgə layihəyə start verir.

Azərbaycan mahnılarının və kliplərinin yayımında yeni mərhələyə başlayacaq ARB Ulduz və Kəpəz FM keyfiyyətli musiqi istehsalına marağın artmasına da təkan vermiş olacaq. Gənc yerli ifaçıların dünyaya tanıdılmasına vasitə olacaq. Bu, həm də son zamanlar sosial mediada musiqi istehsalının qıtlığından və televiziya, radio sahəsində onların yayımına az yer verilməsindən şikayətçi olanlar üçün bir şansdır.

İndiyədək “Şou məkan”, “Virtual Həyat”, “TOP 10”, TOP 25” və bir sıra uğurlu layihələri ilə şou-biznes nümayəndələrini dünyada tanıtdıran telekanal və radio Azərbaycan musiqisinə qatılan yeni ifaçıları bu fürsətdən faydalanmağa dəvət edir.

Klip və mahnılar müğənnilərin statusundan (rəsmi fəxri adlar) asılı olmayaraq 01 sentyabr 2017-ci il tarixindən ARB Ulduz telekanalının və Kəpəz FM radiosunun efirində yayımlanmaq üçün qəbuluna start verilir.

Mahnılar və kliplər bu ünvana göndərilməlidir: song@kepezfm.az  

Kliplər və mahnılar ARB Ulduz və Kəpəz FM-in efirində adi rotasiya qaydasında, məhdud sayda yayımlanacaq. Klip və musiqi nömrələrinin daha çox yayımı isə  kommersiya üsulu ilə həyata keçiriləcək. Fonoqramları “Mediatech” şirkətində yazılan, klipləri isə “ARAN FİLM”də istehsal olunan ifaçılara Kəpəz FM və ARB Ulduzun yayımında güzəştlər ediləcək.

Əlavə məlumat almaq üçün layihənin əlaqələndiricisisi Elgün Camalla +994(55) 2259606 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlamaq olar.

Klip və mahnıların yayımı üçün tərtib olunmuş qaydalarla bu linkdə tanış olmaq olar: http://kepezfm.az/qaydalar