“Qarabağ”ın tarixi uğuru qaçqın həyatı yaşayan komandanın məskunlaşdığı Bakını ayağa qaldırıb. Azarkeşlər gecəyarısı paytaxtın küçələrinə axışaraq qələbəni qeyd ediblər.
Azərbaycan futbolunun tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunun uğuru Gəncədə də böyük çoşğu ilə qeyd olunub. Ağdam klubunun “Kopenhagen”lə cavab matçını izləmək üçün çay evləri və kafelərə toplaşan azarkeşlər 90 dəqiqənin tamamında sevinclərini bir-biriləri ilə bölüşüblər. “Qarabağ”ın əldə etdiyi nəticə futbolsevərlərimizin uzun illik qrup mərhələsi həsrətinə son qoyub.
Gəncədə azarkeşlərin bayram sevinci avtomobillərlə şəhəri dövrə vurmaqla davam edib.
Bu gün səhər saatlarında isə “Qarabağ” vətənə dönüb. Komanda Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük sevinc və izdihamla qarşılanıb.
“Qarabağ” qrupdakı rəqiblərini bu gün tanıyacaq. Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azad Rəfi
- Baxış: 1084