• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2267
— 28.08.2017 19:29

Terrorçu məhv edildi

İsmayıllıda terrorçu məhv edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir ki, terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı Yaşar Cavadov adlı Azərbaycan vətəndaşının odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlaşdığı məlum olub. Onun ölkə hüdudlarından kənarda terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri aldığı müəyyənləşib. Faktla bağlı başlanılmış cinayət işi üzrə ötən gün İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov silahlı müqavimət göstərib və xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb. Cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu terrorçunu məhv edib. Axtarış zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

 

Zülfiyyə Telmanqızı