• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 28.08.2017 19:06

Qəzada bir nəfər öldü, dörd nəfər yaralandı

KepezTV Player

 1 nəfərin ölümü, 4 nəfərin xəsarəti alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi "Volva" markalı yük maşını, Vahid Mehdiyevin idarə etdiyi "Hyundai" markalı minik maşınına arxadan çırpılıb. Nəticədə minik maşınında olan Bakı şəhər sakini 56 yaşlı Qətibə Mehdiyeva hadisə yerində dünyasını dəyişib. Sürücü Vahid Mehdiyev və avtomobildəki digər şəxslər - Bakı şəhər sakinləri, 33 yaşlı Elza Qədirzadə, 13 yaşlı Züleyxa Qədirzadə və 15 yaşlı Abbas Qədirzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı