• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 28.08.2017 21:00

İki avtomobil toqquşdu, sürücülərdən biri yaralandı

KepezTV Player

Şəmkirin Çardaxlı kəndində qəza qeydə alınıb. “VAZ 2106” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-in sürücüsü, Gədəbəy rayon sakini xəsarət alıb. Yaralı Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin orta-ağır olduğu deyilir.

Daha bir qəza isə Şəmkir rayonun Könüllü kəndindən keçən hissəsində olub. "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" toqquşub. Qəza zamanı bir nəfər sərnişin xəsarət alıb. Yaralı, Gəncə sakini 52 yaşlı Əntiqə Orucova Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

 

Natiq Hüseyn