• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 26.08.2017 17:38

Tarixi derbidə qalib müəyyənləşmədi

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyunları keçirilir. Tur çərçivəsində Gəncənin “Kəpəz” klubu Bakı səfərində “Neftçi” ilə qarşılaşıb. Ölkənin ən köklü iki komandasının dueli tarixi derbi kimi xarakterizə olunur. Bununla belə əzəli və barışmaz əbədi rəqiblərin bu dəfə ki, görüşünə maraq həddindən az olub. Buna səbəb tərəflərin cari çempionata uğursuz start verərək bundan əvvəlki oyunlarda uduzmasıdır. Matça gəlincə, komandaların səyinə baxmayaraq tarixi derbi qolsuz bərabərliklə başa çatıb – 0:0. Beləliklə, həm ev sahibləri, həm də “Kəpəz” yeni mövsümdə ilk xalını qazanıb.

Azad Rəfi