• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 25.08.2017 19:31

Yeni tikilən ev külə döndü

KepezTV Player

İsmayıllı rayonunda yanğın baş verib. Ümumi sahəsi 126 kvadratmetr olan ikimərtəbəli ev yanıb. Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən maşını və 12 nəfərdən ibarət heyət cəlb olunub. Buna baxmayaraq ev əşyalarla birlikdə tam yanıb. Ətrafdakı tikililər isə yanğından mühafizə olunub. Ev yeni tikildiyindən və orada yaşayış olmadığından hadisə zamanı xəsarət alan olmayıb. Deyilənə görə yanğından əvvəl evin içində qığılcımlar görünüb, bir qədər sonra isə ev alışıb. Faktla bağlı araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı