• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 899
— 25.08.2017 19:27

Həm söydü, həm də bıçaqladı

KepezTV Player

Paytaxtda qonşular arasında söyüş üstündə düşən dava tərəflərdən birini xəstəxanalıq edib.Hadisə Bakının Səbail rayonunda qeydə alınıb. Badamdar qəsəbəsi, Dostluq küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi, 31 yaşlı Əziz Əmrahov qonşusu Emin adlı şəxsə onun evinə məxsus həyətyanı sahədə dayandığına görə iradını bildirib. Qonşusu Emin isə cavabında onu söyüb. Bu zaman tərəflər arasında dava düşüb. Nəticədə Emin Əziz Əmrahovun evinə girərək ona daxilə nüfuz edən 5 bıçaq xəsarəti yetirib. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əməliyyat olunan yaralının həyatı xilas olunub. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinndə araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı