• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 25.08.2017 19:23

Qəzadan qaçmaq istəyirdi, traktorun altında qaldı

KepezTV Player

Neftçala sakini traktorun altında qalaraq ölüb. Hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb. Məlumata görə, həmin kəndin sakini, 64 yaşlı İbad Rzayev idarə etdiyi "Jiquli” markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi 25 yaşlı Şamil Quliyevin idarə etdiyi traktorun avtomobilə doğru hərəkət etdiyini görüb. “Jiquli”nin sürücüsü traktorun avtomobillə toqquşacağını görüb və avtomaşının qapısını açaraq yerə tullanmaq istəyib. Bu zaman o, traktorun altında qalaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı