• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 25.08.2017 22:34

Tovuzda qadını maşın vurdu

Tovuzda piyadavurma hadisəsi olub. Qəza rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 67 yaşlı Cəmilə İsmayılova  yaşadığı evin qarşısında markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.  Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Rühəngiz Hacızadə