• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 25.08.2017 15:13

Gəncədə evlənmək istəyən iki nəfərdə QİÇS aşkarlanıb

KepezTV Player

Bu ilin 6 ayı ərzində Gəncədə nigaha daxil olan 982 cütlük sağlam ailənin təməli üçün tibbi yoxlamadan keçib. Mərkəzi Qan Bankının Gəncə bölməsində müayinə olunan cütlüklərin əksəriyəti sağlam olub. Bununla belə onlardan 32-nin talasemiya daşıyıcısı olduğu müəyyənləşib, 1 nəfərdə sifilis, 2 nəfərdə isə QİÇS aşkarlanıb. Mərkəzi Qan Bankında 72 talasemiya və 22 hemofiliya xəstəsi də qeydiyyatdadır. Xəstələr ay ərzində ən azı 2 dəfə qırmızı qan kütləsi ilə təmin olunurlar.

Tahirə Məmmədova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: “Mərkəzdə il ərzində bir neçə dəfə aksiyalar keçirilir. Talasemiya günü, hemofiliya günü, ümumdünya donor günü, aşura günləri dövlət səviyyəsində bu aksiyaları təşkil edirik. Sağ olsunlar insanlarda bu aksiyalarda könüllü olaraq çox fəal iştirak edirlər. Həmin yığılan qanları biz emal edirik, labaratoriyada tibbi müayinədən keçiririk, tam sağlam qanı eritrosit kütləsi hazırlıyıb talasemiyalı xəstələr üçün istifadə edirik”.

 

Elton Cabbarlı