• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 25.08.2017 15:59

Gəncədə 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları vergi ödəyiciləri ilə görüş keçiriblər

KepezTV Player

Departamentin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru Rauf Mirzəyev vergilərin ödənişi zamanı bəzi xarakterik nöqsanlar barədə danışıb. Bundan başqa avqustun 21-dən sentyabrın 21-ə kimi ölkəmizdə "Sülh ayı" keçirildiyi bildirilib. Bu mövzunun torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Departamentin digər əməkdaşları mövsümi fəlaiyyət üzrə vergitutma, əmək və ya mülki müqavilə əsasında xidməti müqavilələrin rəsmiləşdirilməsi və vergilərin ödənməsi prosedurları barədə məlumat veriblər.

 

Elton Cabbarlı