• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 25.08.2017 15:43

Etibar İbrahimov millidə fəaliyyətə başlayıb

KepezTV Player

Hindistanda fəaliyyət göstərmiş gəncəli futbol mütəxəssisi Etibar İbrahimovun Asiya ölkəsindən ayrılmasından sonra işsiz günləri çox çəkməyib. İbrahimov AFFA-dan gələn dəvəti qəbul edib.

Pro kateqoriyalı məşqçi 19 yaşlı oğlanlardan ibarət Azərbaycan yığma komandasında çalışır. O, Təbriz Həsənovun köməkçisi təyin olunub.

Etibar İbrahimovun vaxtilə ölkəmizdə habelə Hindistinda birlikdə çalışdığı Nikolay Adam bu günlərdə vətəni Almaniyada “Ayntraxt” klubunun beynəlxalq əlaqələr üzrə direktoru vəzifəsinə təyinat alıb. Deyilənə görə, Adam yaxınlarda sabiq köməkçisini də yanına aparacaq.

Xatırladaq ki, İbrahimov 2011-ci ildən aşağı yaş qrupları üzrə Azərbaycan yığma komandalarında işləyir. Gənc mütəxəssis yalnız 2 il müddətində Hindistanda çalışıb.

 

Azad Rəfi