• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 24.08.2017 14:19

Gədəbəydə atmosferi çirkləndirənlər cərimələndi

KepezTV Player

Respublika ərazisində atmosferi çirkləndirən sürücülərə qarşı tədbirlər davam etdirilir. Növbəti reyd ucqar dağ rayonu olan Gədəbəydə keçirilib. Yoxlamalar zamanı 10-dan çox avtomobildə texniki nasazlıq aşkarlanıb.

Gədəbəy rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava" aylığı çərçivəsində  rayonun müxtəlif ərazilərində, reydlər keçiriblər. Bir neçə saat davam edən reyd zamanı  göstəriciləri normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar.

Etirazlara baxmayaraq sürücülərə qanunun tələbləri izah olunmaqla barələrində müvafiq tədbir görülüb.

Ümumilikdə gün ərzində 30-a yaxın avtomobil yoxlanılıb. 12 avtomobilin havanı çirkləndirdiyi müəyyən edilib.  

Seymur Quliyev Gədəbəy Rayon DYP bölməsinin rəisi: Mühərriki nasaz olan nəqliyyat vasitələrinin, atmosferə normadan çox dəm qazı buraxan avtomobillərin sahibləri tərəfimizdən aşkarlandı. Onlar barəsinə müvafiq tədbir görüldü. Əsas məqsədimiz bu cür halların qarşısını almaqdır.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları texniki cəhətdən saz vəziyyətdə olmayan avtomobil sürücülərinə bir daha xəbərdarlıq edərək onları qaydalara əməl etməyə çağırırlar. Reydlər avqustun sonunadək davam edəcək.

Natiq Hüseyn