• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 23.08.2017 19:21

İsmayıllı reyd - 87 sürücü saxlanıldı

KepezTV Player

İsmayıllı polisinin keçirdiyi reydlərin əsas məqsədi sərxoş sürücülərə ,ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan qanunsuz avtomobil idarə edən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülərə qarşı tədbir görülməsi olub. Reyd zamanı 87 sürücü saxlanılıb.

Reyd zamanı polisin “Dur!” əmrinə əməl etməyən sürücülər də olub. Bəziləri isə yazılan cərimələrdən narazılıqlarını bildiriblər və çəkilişə mane olmağa çalışıblar.

Avqustun 15-dən start verilən reydlər sentyabrın 15-ədək davam edəcək.

 

Zülfiyyə Telmanqızı