• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1157
— 23.08.2017 19:09

Alov sahələri külə çevirdi

KepezTV Player

Göyçay rayonunda böyük ərazidə yanğın hadisəsi qeydə alınıb. Göyçay və Ağdaş rayonları arasındakı dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün əl əməyindən daha çox istifadə edilib. Alov söndürülüb. Hadisə zamanı 10 hektar sahədə quru ot, kol-kos yanıb. Yanğınsöndürənlər alovun "Türyançay" Dövlət Təbiət Qoruğunun meşə sahəsinə keçməsinin qarşısını alıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Biçindən sonra taxıl zəmilərinin yandırılması isə Şəkidə hektarlarla ərazini külə çevirib. Yanğın ərazidəki kəndlərə qədər yaxınlaşıb.

Yanğın barədə məlumat Şəki Dövlət Yanğından Mühafizə Hissəsinə səhər 11 radələrində daxil olsa da, yanğının ötən gündən başladığı ehtimal edilir. Yanğının qarşısını almaq üçün Qax rayonundan da kömək çağırılıb. Küləkli hava səbəbindən sürətlə artan alovlar çəkiliş qrupumuzu da çətin vəziyyətə salıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı