• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 23.08.2017 19:16

Qardaşlar "salam"a görə bıçaqlandı

KepezTV Player

Bakının Sabunçu rayonunda üç qardaş salam vermədiklərinə görə naməlum şəxs tərəfindən bıçaqlanıb. Savalan qəsəbəsində küçədə orta yaşlı kişi 37 yaşlı Ruslan İbrahimovla ona salam vermədiyinə görə mübahisə edib. Dava zamanı İbrahimov ürək nahiyəsindən bıçaqlanıb. Qardaşının bıçaqlandığını görən 39 yaşlı Ramin İbrahimov və 18 yaşlı Rəhman İbrahimov hadisəni törədən şəxslə əlbəyaxa dava ediblər. Bu zaman iki qardaş da bıçaqlanıb. Xəsarət alan hər üç şəxs xəstəxanaya yerləşdirilib. Onlardan Ruslan İbrahimovun və Ramin İbrahimovun vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törədən şəxs axtarışdadır.

 

Zülfiyyə Telmanqızı