• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 23.08.2017 19:03

Meyxana ustası yol qəzasının qurbanı oldu

KepezTV Player

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb. Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törədən sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Ramin Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Vüsalə Camal