• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 23.08.2017 15:03

“Qarabağ” tarixi uğurun astanasındadır!

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" Danimarkada yerli "Kopenhagen"lə cavab oyununa çıxacaq. Bakıdakı görüşdə 1:0 hesablı qələbəyə sevinən Qurban Qurbanovun yetirmələri ölkə futbolunda yeni tarix yazmağa çox yaxındı. Belə ki, Ağdam klubu ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk komandamız ola bilər. Bunun üçün isə səfərdə istənilən hesablı heç-heçəyə və ya minimal fərqli, amma qollu məğlubiyyətə imza atmaq lazımdı.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
23 avqust

22:45. “Kopenhagen” - “Qarabağ”
Kopenhagen. “Tella Parken” stadionu.
İlk oyun – 0:1.

Azad Rəfi