• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1164
— 23.08.2017 12:42

Sərxoş sürücülər cəzalandırıldı

KepezTV Player

Yay mövsümündə vətəndaşların istirahət zonalarına təhlükəsiz gedib-gəlməsi üçün yol polisləri magistral yollara nəzarəti gücləndirib. Əsas hədəf isə sükan arxasında sərxoş vəziyyətdə əyləşən sürücülərdir. Yol Patrul Xidməti Alayının əməkdaşları növbəti kütləvi reydini Şəmkir rayonu ərazisində keçirib.

Sərxoş halda sükan arxasında əyləşdiyi azmış kimi avtomobili yol polisinin üstünə sürməkdən belə çəkinmədi. Görüntülər Şəmkir-Gədəbəy yolunda lentə alınıb. Yasamal aşırımlarında sərxoş halda avtomobil idarə edən bəzi sürücülər asayış keşikçilərindən yayına bilmədilər.

Təəssüf ki, sərxoş halda sükan arxasına keçənlər arasında gənclərlə yanaşı yaşlı nəslin nümayəndələri də var. Baxmayaraq ki, onlar əslində öz davranışları ilə gənc nəslə nümunə olmalıdırlar. Belə sürücülər spirtli içki qəbul etdiklərini səmimi etiraf etsələr də bu onları məsuliyyətdən yayındırmayıb.

Yol polisləri reydlərini Şəmkir-Kür yolunda davam etdirib. Bu ərazidə  də sərxoş sürücülərin çoxluğu diqqət çəkib.

Aqil Məmmədov - 9-cu tağımın komandri: “Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq göstərişinə əsasən 9-cu tağımın xidməti ərazisində növbəti reydimizi keçirdik. Reyd zamanı 5-i sərxoş olmaqla 50-ə yaxın inzibati protokol yazıldı. Yazılan protokollar isə müxtəlif qayda pozuntularına aiddir”.

Xatırladaq ki respublika ərazisində yol polislərinin kütləvi reydləri qarşıdakı günlərdə də davam etdiriləcək.

Natiq Hüseyn