• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 22.08.2017 20:51

Qəzalarda canından və sağlamlığından olanlar var

KepezTV Player

Xəzər rayonunda piyadavurma hadisəsi baş verib. Aeroport yolunun Mərdəkan qəsəbəsindən keçən hissəsində təqribən 60 yaşlı, Rəna adlı qadını minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə aparılsa da, orda dünyasını dəyişib.Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Şahidlərin verdiyi məlumata görə, hadisə qadın yerüstü piyada keçidinin altından keçərkən baş verib. O, keçiddən istifadə etməyib

Xaçmazda da yol nəqliyyat hadisəsi olub. Qəza Xaçmaz-Xudat yolunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Xaçmaz rayon sakini Abbəkir Mövsümovun idarə etdiyi "MOSKVİÇ" markalı maşınla Yusif Fətəliyevin idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub. Hadisə nəticəsində bir nəfər sərnişin xəsarət alıb. Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılan şəxs ambulator müalicədən sonra evə buraxılıb.

Ismayıllı rayonun Tircan kəndi ərazisində avtomobil qoyun sürüsünə çırpılıb. Yeniyol kənd sakini İsmayıl Fəridovun Vaz 21099 markalı avtomobilinin altında qalan 13 xırdabuynuzlu heyvan tələf olub. Məlumata görə, sürü qəfildən  avtomobilin qarşısına çıxıb və sürücü maşını dərhal saxlaya bilməyib. Hadisə yerinə polis və baytarlıq idarəsinin əməkdaşları cəlb olunub. Qoyun sürüsünün Tircan kənd sakininə məxsus olduğu müyyənləşib.

Faktlarla bağlı araşdırma aparılır.