• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 22.08.2017 22:10

Kütləvi davada 3 nəfər bıçaqlandı

KepezTV Player

Hadisə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində baş verib. Kənd sakinləri arasında baş verən kütləvi dava zamanı 46 yaşlı Seyfi Hacıyev, 31 yaşlı Aqil Mustafayev, 70 yaşlı Arif Hacıyev Elşən Səfərov tərəfindən bıçaqlanıb. Elşən Səfərovun dostu Nemət Salmanov da xəsarət alıb.

Seyfi Hacıyeviin sözlərinə görə, münaqişə bununla da yekunlaşmayıb.

Xəsarət alan kənd sakinləri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına, Nemət Salmanov isə Qəbələ rayon Mərkəzi Xəstəxanasına  çatdırılıb. Hazırda xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.;Elşən Səfərov hadisə yerindən qaçsa da İsmayıllı polisinin gördüyü tədbirlər nəticəsində yaxalanıb.  İlkin məlumata görə, Elşən Səfərov sərxoş olub və nalayiq ifadələr işlətdiyi üçün həmkəndliləri ilə arasında münaqişə yaranıb.