• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 22.08.2017 22:50

FHN-in xilasetmə dəstəsi Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb olunub

KepezTV Player

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə texnikaları, avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi qonşu ölkəyə yola düşüb.

Nazirlikdən bildirilir ki, xilasetmə dəstəsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti, Mülki Müdafiə Qoşunlarının 4 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Həmçinin, yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparması məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam edilib. Ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti göndərilib.