• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2505
— 22.08.2017 21:39

Mənzildə yanğın çıxdı

KepezTV Player

Cəlilabadda da yanğın olub. 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 3 otaqlı mənzilin 1 otağı yanıb. Bu zaman Famiz  Vəliyevə məxsus mənzildə kimsə olmadığından hadisədən qonşular xəbər tutublar. Əraziyə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb. Binanın yuxarı mərtəbəsinə tüstü dolduğundan köməksiz vəziyyətdə qalan 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Hazırda yanğının başvermə səbəbi araşdırılır.