KepezTV Player
Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb. Vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib. Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur. Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib. Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 368