KepezTV Player
Sabirabadda dövlət yol polisi bölməsinin əməkdaşları təmiz hava aylığı çərçivəsində reyd təşkil edib. Bəzi nəqliyyat vasitələrinin ekologiyanı çirkləndirdiyi aşkarlanıb.
Sabirabadda keçirilən reyd zamanı qayda pozan sürücülər yol polisinin diqqətindən yayınmadı.
Nəqliyyat vasitələrinin ekologiyanı nə dərəcədə çirkləndirdiyi yoxlanıldı. Məlum oldu ki, bəzi avtomobillərdən çıxan ixrac qazlarının tərkibində zəhərli maddələr çoxdur.
Avtomobillərində nasazlıq qeydə alınan bəzi sürücülər reydin əhəmiyyətli olduğunu bildirdilər.
Təmiz hava aylığı çərçivəsində keçirilən reydlərin davamlı olacağı bildirildi.
Zülfiyyə Telmanqızı
- Baxış: 271