• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 21.08.2017 19:57

Qəzalar can aldı

KepezTV Player

Qəzaların aldığı canların sayı çoxalır təəssüf ki... Yenə uğura çıxıb, uğuru daşa dəyənlər oldu. Gün ərzində baş verən yol nəqliyyat hadisələri kimlərin həyatına nöqtə qoydu?! qarşıdakı videomaterialda

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində qəza baş verib. Şəkinin Aşağı Göynük kənd sakini, 46 yaşlı Vəlyəddin Hümmətovun idarə etdiyi “Mercedes”lə Oğuzun Kərimli kənd sakini 27 yaşlı Cəmil Abdullayevin idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil toqquşub. Sərnişinlərdən biri, Qəbələ sakini Müzəffər Fətəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.Yaralılar - Bakı şəhər sakinləri 53 yaşlı Mahsuma Kahraman, onun 12 yaşlı övladı Murad Kahraman, “Volkswagen Passat”-ın sürücüsü Cəmil Abdullayev, 57 yaşlı Sədaqət Abdullayeva, “Mersedes”in sürücüsü Vəlyəddin Hümmətov və Şəkinin Şin kəndindən olan 54 yaşlı Şükür Ağamirzəyev Şəki MRX-a göndəriliblər.Vəlyəddin Hümmətov və Şükür Ağamirzəyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər.Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. İsmayıllıda da ağır yol qəzası olub. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bir avtomobilin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən “VAZ 2107”nin sürücüsü Xalid Mustafayevdən kömək istəyib. O, kömək məqsədilə avtomobildən yerə düşərkən digər maşın - “Ford” markalı yük avtomobili onu vurub. Yaralı ağır kəllə beyin travması ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı