• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2183
— 21.08.2017 15:08

"Kəpəz" "Zirə" ilə qarşılaşıb

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilib. Tur çərçivəsində "Kəpəz" Bakının "Zirə" klubu ilə qarşılaşıb.

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi səbəbindən Nizami yurdunun təmsilçisi rəqibini Yevlaxda qəbul etməli olub. “Zirə” önündə zəif təsir bağışlayan nominal ev sahibləri məğlubiyyətlə üzləşiblər. İlk yarıda sabiq “Kəpəz”li Nicat Qurbanovun dəqiq zərbəsi ilə yenik duruma düşən Gəncə klubu fasilədən sonra oyunda dönüş yaratmaq istəsə də, irəliləyişə nail ola bilməyib. Əvəzində “Zirə” daha iki qol vurub. Dubl edən Təmkin Xəlilzadə “sarı-göylər”in müdafiə xəttindəki boşluqdan məharətlə yararlanıb. O, ikinci hissənin əvvəlində və oyunun sonuna az qalmış fərqlənib. Beləliklə də görüş qonaqların 0:3 hesablı qələbəsi ilə nəticələnib. Qarşılaşmadan sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Qonaq komandanın baş məşqçisi Ayxan Abbasov çətin oyun olduğunu belə şəraitdə inamlı qələbə qazanmağımız onları sevindirdiyini deyib. Onun vizavizi Şahin Diniyev isə komandanın oyununda hər şeydən narazı qaldığını və belə bir halın ilk dəfə baş verdiyini söyləyib.

 

Azad Rəfi