• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 21.08.2017 15:59

Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzində 700-dən artıq uşaq bilik və bacarıq əldə edəcək

KepezTV Player

Gəncədə fəaliyyət göstərən Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinə maraq günü-gündən artır. Avqust ayı olmasına baxmayaraq artıq bu mərkəzdə fəaliyyət göstərən dərnəklərdə boş yer yoxdur. Yeni tədris ilində 700-dən artıq uşaq bu dərnək və kurslarda öz bilik və bacarıqlarını artıracaq.

Ən çox müraciət rəsm, rəqs, modelyer-dizayn, bədii qiraət, dram, bacarıqlı əllər dərnəklərinə olduğu üçün burada boş yerlər qalmayıb. Mərkəzə Gəncə şəhəri ilə yanaşı ətraf rayonlardan olan 6-17 yaş arası şagirdlər müraciət edir. Mərkəzin müəllimləri onların nəyə qabil olduqlarını yoxladıqdan sonra istedad və bacarıqlarına uyğun istiqamətləndirilirlər.

Sevinc Ələkbərova - Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin direktoru: “Yetər sayda bizdə uşaq var. Biz çalışırıq ki, valideynləri digər dərnələrə cəlb edək ki, həmin dərnəklər də uşaqlar öz istedadlarını inkişaf etdirə bilsinlər. Uşaqların inkişafı üçün onların istedadların üzə çıxması üçün mərkəzimizdə hər bir şəraitimiz var”.

Mərkəzin şagirdləri şəhərimizdə və paytaxt Bakıda keçirilən 10 müxtəlif festival və müsabiqələrdə iştirak edib. Mükafat və hədiyyələr qazanan kollektivin “Azərin” rəqs qrupu isə ilk dəfə olaraq ötən tədris ilində Respublikanın hüdudlarından kənarda keçirilən festivala qatılıb və böyük uğur qazanıb.

Sevinc Ələkbərova - Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin direktoru: “Bolqariya Respublikasının Karaneva şəhərində keçirilən Beynəlxalq rəqs müsabiqəsində iştirak etdilər. O festivalın qranpirisinə layiq görüldülər. Bu isə bizim üçün çox sevindirici hal idi”.

 25 ildir fəaliyyət göstərən Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzində 16 dərnək var. Mərkəzin əsas məqsədi uşaq, yeniyetmə və gənclərin vaxtlarını səmərəli təşkil etmək, düzgün istiqamətləndirmək, onların intellekt səviyyələrini inkişaf etdirmək, eyni zamanda istedadlarını üzə çıxarmaqdır.

 

Elnur Vahidoğlu