• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 18.08.2017 19:05

50 min ədəd qaçaqmal siqaret aşkarlandı

KepezTV Player

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 50 000 ədəd siqaret müsadirə olunub. Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub. Dərhal Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib. Nəticədə, saxlanılan Azərbaycan vətəndaşı Yunsur Əsədovun idarə etdiyi "Samand Soren" markalı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində müvafiq aksiz markaları olmayan siqaretlər aşkar olunub. Yükə gömrük baxışı keçirilərkən qutularda 50 000 siqaret olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı