• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 18.08.2017 19:03

Havanı çirkləndirdiklərinə görə cərimələndilər

KepezTV Player

Salyanda Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirlinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib. Qaydaları pozan sürücülər cərimələnib.

Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə təşkil etdiyi reyd avtomobillərin ən sıx hərəkət etdiyi Xəlil Rza Ulutürk prosbektində təşkil olunub. Müxtəlif markalı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsi ilə onun atmosferə buraxdığı qazın miqdarı müəyyən edilib.

Reydin keçirilməsində məqsəd atmosfer havasının zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi olub. Reyd zamanı bir neçə sürücü ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olduğuna görə qanunvericiliyə uyğun qaydada cərimə olunub.

Reyddə həmçinin yol hərəkəti qaydalarını pozan sürücülərə də rast gəlinib. Onların barəsində inzibati qaydada protokollar tərtib edilib. Qeyd edək ki, “Təmiz hava aylığı" çərçivəsində keçirilən reydlər avqustun 31-ə kimi davam etdiriləcək.

 

Zülfiyyə Telmanqızı