KepezTV Player
Daşkəsəndə bədbəxt hadisə yaşanıb. Rayonun Kəmərqaya kəndində sərxoş şəxs qayadan çaya yıxılıb. Məlumata görə, Mustafa Vahabov adlı şəxs istirahət etməyə gəlib və yeyib-içdikdən sonra sərxoş olub. Qayadan yıxılaraq çaya düşüb, orada da dünyasını dəyişib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Daşkəsən Rayon Polis Şöbəsi faktı araşdırır.
Elton Cabbarlı
- Baxış: 709