• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 669
— 18.08.2017 15:20

Kəpəz Yevlaxda oynayacaq

KepezTV Player

“Kəpəz” futbol klubunun ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi ilə bağlı işlər davam edir. Odur ki, arenadan istifadə etmək hələ ki, mümkün deyil. Bu səbəbdən “sarı-göylər” oyunlarını bir müddət Gəncədən kənarda keçirməli olacaq.

Meydanın vəziyyətini nəzərə alan “Kəpəz” rəhbərliyi Peşəkar Futbol Liqasına qarşıdakı ev oyununun keçirilməsi üçün iki variant təqdim edib. Klub rəsmiləri PFL-dən Tovuz və ya Yevlaxdakı şəhər stadionlarından istifadə etməyə razılıq verilməsini xahiş edib. Qurumun əməkdaşları isə qeyd olunan arenalarda təftiş aparmaqla “Kəpəz” – “Zirə” matçının Yevlaxda təşkili haqda müsbət rəy veriblər.

Çox güman ki, “Kəpəz” çempionatın ilk dövrəsində evdə keçirməli olduğu matçların hamısını səfərdə oynamalı olacaq. Komanda yalnız oktyabrda azarkeşləri ilə doğma meydanda görüşə çıxacaq. Son olaraq əlavə edək ki, “Kəpəz” – “Zirə” görüşü avqustun 20-də saat 17:00-da Yevlax şəhər stadionunda keçiriləcək.

 

Azad Rəfi