Keçmişimizlə bizi bağlayan hər şey dəyərlidir. Söhbət həm mənəvi, həm də maddi dəyərdən gedir. Birinci məqamı nəzərə alanlar ötən zamanın bağlarını qorumaq adına, onlara hörmətlə yanaşırlar, dəyərli dəyərləri qoruyub-saxlamaq üçün əllərindən gələni edirlər. İkinci məqamı nəzərə alanlarsa bəzən insanlıqdan belə çıxara bilərlər. İndi diqqətinizə çatdıracağım xəbərdə məhz belə olub. Məsələ belədir ki, Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində qazıntılar aparıb. Ərazidə 2500 il bundan əvvələ aid olan qəbiristanlıqda 120-dən çox məzar tapılıb. Qəbirlərdən isə o dövrə məxsus müxtəlif silahlar, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları, maraqlı bədii tərtibatı olan saxsı qablar aşkar edilib. Üç gün bundan əvvəl tapılan bir neçə nadir əşya oğurlanıb. Hazırda tapılması istiqamətində tədbirlər görülür.Lerik polisi yerli sakinlərin evlərində də axtarışlar aparır. Əməliyyatın məqsədi təbii ki,nadir tapıntıları oğurlayan şəxs və ya şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb etməkdir.
- Baxış: 437