• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 17.08.2017 17:26

Gəncədən 40 nəfər kurort və sanatoriyalara göndəriş alıb

KepezTV Player

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu şəhid ailələri, I və II qrup, İkinci Dünya müharibəsi və Çernobıl əlillərini  sağlamlıq və istirahət mərkəzilərinə göndərməkdə davam edir. Bu ilin aprelindən indiyədək DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi 40 vətəndaşa respublikanın müxtəlif bölgələrindəki kurort, sanatoriya və istirahət mərkəzlərinə göndərişlər verib. 34 nəfər Naftalandakı sanatoriya və müalicə mərkəzlərinə, 4-ü Lənkərandakı müalicə mərkəzinə, 2-si isə Nabrandakı istirahət mərkəzlərinə putyovka alıb. Göndərişlər müraciət əsasında və növbəli şəkildə verilir. Ümumilikdə, bu ilin yaz-yay mövsümü başlayandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1015 əlil istirahət mərkəzlərinə göndərilib. Cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.